Bakı «novostroyka»larında xidmət haqqının yeni üsulla - ÖDƏNİŞİ BAŞLANIB

Bakı «novostroyka»larında xidmət haqqının YENİ ÜSULLA ÖDƏNİŞİ BAŞLANIB
 
Bakının yaşayış yeni tikili yaşayış kompleksində xidmət haqlarının yeni formada ödənişinə başlanılıb. Paytaxtda və çoxmənzilli yeni tikililərin idarəçiliyi ilə məşğul olan «Rahat Yaşam» şirkətindən FED.az a verilən məlumata görə, iyul ayından etibarən şirkətin idarə etdiyi komplekslərdə xidmət haqları əl terminalları vasitəsilə ödənilir. 
Eləcə də bax: Bakıda «novostroyka»da yaşayanlar üçün - YENİ XİDMƏT BAŞLAYIR


Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq «RAHAT YAŞAM»ın binaları mərkəzləşmiş online program vasitəsi ilə idarə olunur. Bu binalarda xidmət haqları da indiyədək onlayn formada, tamamilə nağdsız həyata keçirilirdi. Bu ödənişləri, məsələn, hesab.az v ə  e-manat platformasından həyata keçirmək mümkün idi. 
İndi isə şirkət, idarə etdiyi çoxmənzilli yeni binalarda daha bir yeniliyin tətbiqinə başlayıb. 
Şirkətin nümayəndəsi Elxan Orucov FED.az-a bildirib ki, ilk dəfə olaraq ödənişlər əl terminalları vasitəsilə həyata keçiriləcək: «Online integrasiyalı əl terminalları vasitəsi ilə artıq sakinlər ödənişlərini qapılarında inzibatçı menecerlərimizə yerində ödəməklə həyata keçirəcəklər və eyni zamanda ödənıişlə əlaqədar rəsmi çek də yerindəcə əldə edəcəklər». 
Yeni programın üstünlüklərindən biri də ödənişin birbaşa rəsmi olaraq banklar üzərindən integrasiyalı olması və nağdsız pul dövriyyəsinin həyata keçirilməsində ölkə iqtisadiyyatına tövhə verməsidir. Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması ölkə prezidenti İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli sərəncamıda da əksini tapıb. 
«Hazırda əl terminalları şirkətin Bakı şəhərində  idarə etdiyi komplekslərində həyata keçirilir. Ümumilikdə əl terminalları ilə ödəniş hələlik 1000-ə yaxın mənzili əhatə edir. Yaxın günlərdə belə ödəniş üsulu bütün komplekslərimizdə tətbiq ediləcək». 
 
«Rahat Yaşam»ın binaların idarəçiliyində tətbiq etdiyi online programın bir sıra üstünlükləri var ki, onlardan bəziləri ölkədə yeganə olaraq məhz şirkətin idarəetdiyi komplekslərdə tətbiq edilir. Bunlar aşağıdakılardır:  
 
- Sakinlərə təqdim edilən ödəniş kodları vasitəsi ilə hesab.az və e-manatdan onlayn ödəniş.
- Sakinlərlə sms, elektron poçt bildirişlərinin və hesabatlarının göndərilməsi.
- Binada yaranan hər hansı problem barədə hər kəsin dərhal məlumatlandırılması (SMS vasitəsilə)
- Borc bildirişləri haqqında əvvəlcədən sakinlərə xəbərdarlıq edilməsi
- Binadakı xərclərlə bağlı bütün hesabatların sakinlərə şəffaf formada təqdim edilməsi.
 
İl sonuna kimi «RAHAT YAŞAM» binaların idarə edilməsi proqramında daha bir mühüm yenilik etməyi planlaşdırır. Belə ki, sakinləri birləşərək Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) təsis etmiş binalarda sakinlərə təqdim olunan ödəniş  kodları vasitəsi ilə programda şəxsi kabinetlərinə  daxil olaraq binalarında görülmüş bütün işlərə, xərclərə , mədaxillərə, elanlara və bina haqqında ümumi məlumatlara  şəffaf formada nəzarət edə biləcəklər deyə Elxan Orucov bildirib.