Hal-hazırda vəziyyət necədir?

Binaların bir çoxu istismar müddətini başa vurub Sovet dönəmində tikilmiş çoxmərtəbəli binalar sakinlər üçün kifayət qədər problemlər yara dır. Binaların fasadı əvvəlki görkəmini itirib, zirzəmilər su ilə dolub, liftlərin bir çoxu sıradan çıxı b. Problemlər adətən mənzil mülkiyyətçilərinin birbaşa şəxsi vəsaitləri hesabına həllini tapır . Kooperativ mülkiyyət istisna olmaqla digər bütün mülkiyyətə məxsus mənzil fondları mənzil istismar sahələri (MİS) tərəfindən idarə olun ur.