«Novostroyka» sakinləri: «Artıq pulumuz var, baxaq necə xərcləyirik»

Bakıda yaşayış binalarının sakinlər tərəfindən idarə edilməsi və buradakı xidmətlərin peşəkar şirkətə həvalə edilməsi nəticələrini verməkdədir.
FED.az xəbər verir ki, artıq belə binaların sakinləri indiyədək yaşadıqları problemlərdən yaxa qurtarıb və sözün əsl mənasında bina mənzillərinin rahatlığını hiss etməyə başlayıblar.

Onlardan biri Yasamal rayonu, Qurban Xəliov-8 ünvanında yerləşən əvvəlki adı «BAKI MTK» olan, hazırda isə «YASAMAL-30 MMMC» olaraq qeydiyyatdan keçən çoxmənzilli yaşayış binasıdır. Bir neçə ay əvvəl bina sakinlərinin təşəbbüsü ilə burada Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılıb və bina «RAHAT YAŞAM» tərəfindən idarəetməyə götürülüb. Bu qısa vaxt ərzində binada ciddi dəyişikliklər aparılıb və sakinlər üçün rahatlıq yaradılıb.

Bina idarəetməyə götürülərkən demək olarki yararsız vəziyyətdə olub. Binada liftlərin, o cümlədən lift kabinlərinin texniki vəziyyəti,  mərkəzi qazanxanası, su nasosxanasının boruları qənaətbəxş halda deyildi.  Blokların divarları, daxili işıqlandırma, binanın dam hissəsi, blokun giriş hissəsi, giriş-çıxışın koordinasiyası, sanuzel qovşağı və s. hətta yararsız halda olub.
Bu vəziyyət uzun müddətdir ki, davam etdiyi üçün, sakinlər ödədikləri pulların qarşılığında ala bilmədikləri xidmətdən narazılıq edir, nəticədə kommunal haqlarını da ödəməkdən boyun qaçırırdılar. Binada kommunal haqqların yığımı 37%-ə düşmüşdü. Bu isə onunla nəticələnirdi ki, binada işlərin görülməsi üçün büdcə formalaşmır və günü-gündən texniki baxımdan geri gedirdi. Vəziyyətdən çıxmaq üçün sakinlər MMMC yaradaraq binanı «RAHAT YAŞAM»ın idarəçiliyinə verməyi qərara alıblar.
Şirkət nümayəndəsi  Elxan Orucov  FED.az-a bildirib ki, «RAHAT YAŞAM» qanunvericiliyin tələbinə uyğun  olaraq sakinlərin 50 faizdən çox yetərsay imzasını topladıqdan sonra işlərə start verib: «Tərəfimizdən əvvəlcə binanın ən önəmli qurğuları olan liftlər FHN əməkdaşlarının nəzarəti ilə aktlaşdırıldı. Liftlər həm texiniki baxımdan həmdə interyer baxımdan qaydaya salındıqdan sonra istismara verildi. Daha sonra binanın dam hissəsində lift motorlarının üzərinə su sızan yerlər bərpa edildi».

Bundan sonra binada digər işlər başlanıb - elektrik enerjisinə qənaət üçün mərtəbələrdə sensor lampalar yerləşdirilib, blokun giriş hissəsi təmir edilib və yenidən rənglənib, texniki heyət üçün sanuzel qovşağı inşa edilib.
Bundan əlavə, su nasosxanasında olan qəzalı su boruları yenisi ilə əvəz edilib, qəzalı vəziyyətdə olan qazanxana haqqında isə sakinlərə məlumat verilərək onun fəaliyyəti dayandırılıb. «Bu işlər görüldükdən sonra sakinlər əvvəlki idarəetmə ilə "RAHAT YAŞAM" arasında olan fərqdən dolayı yaradılan şəraitlə bağlı minnətdarlıqlarını bildirdilər»-deyə şirkətdən bildirilir.
Xidmətin yüksək səviyyədə təşkil edilməsi və sakinlərin razılığı özünü dərhal kommunal yığımın artımında da göstərib – yığımlar 37%-dən 96%-dək yüksəlib. Bu da xidmətin düzgün və peşəkar şəkildə təşkil edilməsinin göstəricisindir. Əslində şirkətin özündə buna təəccüblənmirlər: «RAHAT YAŞAM" komandası olaraq bütün binalarımıza eyni peşəkarlıq və məsuliyyətlə yanaşırıq».
«Yasamal-30 MMMC»də baş verən dəyişiklikləri sakinlər daha yaxşı hiss ediblər. Bina sakini, MMMC-nin idarə heyətinin sədri Sabir Hüseynov FED.az-a bildirir ki, binada vəziyyət tamamilə dəyişib, bu özünü təmizlikdən tutmuş mühafizəyə və texniki məsələlərədən bütün sahələrdə göstərib:
«İdarəetmədən çox razıyıq, əvvəllər bir dəfə saat 11-12-də gəlib yığışdırıb gedirdilər. İndi bütün gün ərzində təmizlik işləri gedir, vaxtı vaxtında hər şey yığışdırılır. Binanın girişi, fasadı rənglənib, daha təmiz səliqəli olub.
Liftlərə nəzarət olunur, hər mərtəbəyə sensor işıqlar qoyulub, gecə-gündüz işıq var».

Bina sakini Nailə Yusifova bildirir ki, mənzilinə bu  ilin əvvəlində köçüb və bina idarəetməyə verilənə kimi təmizlik işləri bərbad vəziyyətdə olub: «Bu ilin əvvəlindən köçmüşdüm, mart ayına kimi baxırdım ki, təmizliyən yox idi. «RAHAT YAŞAM» işə başlayandan sonra isə təmizlik başladı, süpürmək-silmək, zibilərin vaxtında atılması ilə yanaşı, foyenin pəncərələri, mərtəbədəki bağlı balkonların pəncərələrinə və qapılara qədər hər yer yuyuldu. Yəni binanın təkcə bayırı deyil, içərisi də çox təmiz saxlanılır».
Binanın mühafizəsi də daha ciddi və etibarlı olub. Sakinlər bildirir ki, əvvəlki mühafizə simvolik xarakter daşıyırmış: «Əvvəllər mühafizə səhərdən axşama kimi divanda oturub televizora baxırdı. Bəzən isə hətta işə içkili halda gəlir, özünü apara bilmirdi, nəzarət yox idi. Amma indi vəzhiyyət dəyişib. Səliqəli ciddi mühafizəçilər var – hər şeyə nəzarət edirlər. Daha sivil vəziyyət olub». 
Sakinlər üçün maraqlı yenilik toplanan pulların hara və necə xərclənməsinin açıqlanması olub. S.Hüseynov deyir ki, əvvəllər bu pulların necə toplandığı bilinmirdi: «Əvvəllər bu pulların necə yığılıb necə xərcləndiyi bilinmirdi. Elə buna görə, inamsızlığa və söz-söhbətə görə, «RAHAT YAŞAM»ı dəvət etdik».
Hazırda bütün yığılan vəsaitlərin hesabatı verilir, istənilən sakin buna baxa bilər: «İndi yığılan və xərclənən pulu bilirik. İndi bilirik, yazılı surətdə verilir, bütün sakinlərin xəbəri var. Bu barədə məlumatlar elan lövhəsinə yazılıb. Ötən ayın 25-də dəvət edib hesabat verdilər, hesabatın surəti də məndədir».

Binadakı işlər və hesabatlılığın olması, yəni vəsaitlərin necə xərcləndiyinin açıqlanması sakinlərin etimadını artırıb. Və onlar kommunal haqları daha həvəslə ödəməyə başlayıblar. N.Yusifova xatırlayır ki, bir neçə ayı əvvəl sakinlərdən kommunal pulu yığmaq mümkün deyildi: «Qonşulardan kommunal pulu yığa bilmirdik, pulu verən-verməyən vardı, nəticədə pulu verənlərin də suyu kəsilirdi. Yəni pulu verən də pis vəziyyətdə qalırdı, qonşular bir-biri ilə üz-üzə qalırdı»-deyə N.Yusifova əvvəlki vəziyyəti xatırlayır.
İndi bu məsələ həll olunub və xidmət haqları 96% yığılır: «Hamı baxdı gördü ki, pullar əldən-ələ yığılmır, köçürmə ilə olunur, hamıya borcu barədə sms gəlir e- manat, «hesab.az»dan ödəyirik. Ona grə də sakinlər daha həvəslə ödəyirlər». 
Yeri gəlmişkən, binada MTK-nin ləğv edilərək yerində MMC-nin yaradılması da bu yığılan pulun vergidən azad olmasına da səbəb olub. Nəticədə indi binada artıq pul yaranıb: «Əvvəl kooperativ idik, sonradan isə MMMC yaratdıq və dərhal da vergidən azad edildik. Yəni bu xidmətlərin yaxşılaşması və sair öz yerində, MMMC yaradanda vergidən də azad edildik. Əvvəllər MTK olanda yığılan pulun 5%-ə qədəri vergiyə gedirdi indi isə həmin pul özümüzdə qalır, onu binanın təmirinə xərcləyə bilirik. Artıq birinci ay 400 manat qənaət etmişik, indi qonşularda baxacağıq ki, onu hara sərf edək, qərarı verəcəyik bunu da «RAHAT YAŞAM» edəcək. Ya da aylıq haqqı aşağı sala bilərik, özümüz qərar verəcəyik». 

Öz növbəsində «RAHAT YAŞAM»da çoxməznilli yeni tikili binalarda yaşayan və  xidmətdən narazı olan digər binaların da sakinlərinə məsləhət görürlər ki, mənzil hüquqlarının pozulmasına imkan verməsinlər və maarifləndirici məlumatlar üçün şirkətə müraciət etsinlər: «Əlimizdən gələn hər bir köməkliyi göstərməyə hazırıq. Əziz sakinlər unutmayın ki, bina orada yaşayan sakinlərin ümumi əmlakıdır və yalnız sakinlərin ümumi qərarı və razılığı ilə idarəetmə təşkil edilməlidir. Mənzil Məcəlləsinə görə MTK-lar binanı idarə edə bilməzlər». Məcəllədəki həmin maddə belədir:
 
"Maddə 393-1. Mənzil qanunvericiliyinin pozulması
393-1.1. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə (sakinlərə) keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi mütləqdir.
«Sakinlərə idarəetməni onlara təhvil verməkdən boyun qaçıran və maneələr yaradanlar haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə yazılı şikayət məktubu ünvanlamalarını məsləhət görürük»-deyə şirkətdən bildirilir.