“Rahat Yaşam” Operativ Qərargahın - ÇAĞIRIŞINA QOŞULDU

Dünyanın bir neçə ölkəsində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 2020-ci ilin mart ayının əvvəllərindən ölkə üzrə kütləvi olaraq dezinfeksiya işlərinə start verilib.

FED.az xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərində yeni tikili çoxmənzilli binaların idarəetməsi ilə məşğul olan “Rahat Yaşam” Bina-Kompleks idarəetmə şirkəti də, idarə etdiyi binalarda dezinfeksiya işlərinə başlayıb. “Rahat Yaşam” Marketinq bölməsinin müdiri Elxan Orucovun məlumatına əsasən, İdarə etdikləri 11 kompleksdə yerləşən 27 yaşayış binasında Koronavirus (Covid-19) pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə binaların ümumi həyətyanı sahələri, uşaq oyun meydançaları, idman qurğuları, blok girişləri, liftləri, mərtəbələri, pilləkən qəfəsləri, yeraltı avtodayanacaqlarında dezinfeksiya işləri tam başa çatdırılıb.

Eyni zamanda İdarə etdiyimiz binaların sakinlərinə və bütünlüklə ölkə əhalisinə səsələnərək Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına əməl etməyə, insanları zərurət olmadığı halda evdən çıxmamalarına səsləyirik. Xüsusilə qeyd etmək istəyirik ki, “ Evdə qal” çağırışına əməl etməklə, biz koronavirus (Covid-19) pandemiyasına yoluxma riskini azaltmış oluruq. Bununla həm ailəmizi, sevdiklərimizi, həm də vətəndaşlarımızı qorumuş oluruq. Rahat Yaşam kollektivi olaraq əminik ki, xalqımız birlik nümayiş etdirərək ümumbəşəri bəlanı tezliklə dəf edəcək”.

E.Orucov bildirib ki, sakinləriin sağlamlığı və təhlükəsiz həyat şəraiti şirkət üçün vacib olduğundan, ehtiyac yarandığı təqdirdə komplekslərdə dezinfeksiya işləri təkrar həyata keçiriləcək.

https://fed.az/az/insaat-ve-emlak/rahat-yasam-operativ-qerargahin-cagirisina-qosuldu-76366